“Fukuşima” AES-i yoxsa “Metsamor” AES-i daha təhlükəlidir ?!

Martın 11 də baş verən Yaponyadakı 8.9 balında Zəlzələ və Sunami  , ardından isə Fukuşima  AES-ində baş verən yanğınlar neçə günlərdir Dünya medyasının əsas  başlığına çevrilib. 1971 ci ildə fəaliyətə başlayan Dünyanın 25 ən böyük AES-indən biri olan  ”Fukuşima” AES-də baş verən yanğınlar regional ölkəri üçündə 1 № təhlükə mənbəyi olaraq qalır.

Yaponiyada baş vermiş sonuncu zəlzələ AES-in seysmik cəhətdən aktiv olan ərazilərdə təhlükəli olduğunu qabarıq şəkildə göstərdi. Əgər bu məsələdə Yaponiya kimi bir ölkədə şok effekti yaratdırsa  , onda Ermənistan kimi ölkələri haqqında necə düşünmək olar ? “Metzamor”  AES 1970-ci illərdə Ermənistanın paytaxtı İrəvan şəhərindən 25 km qərbdə yerləşən Metzamor şəhərində inşa edilib. Bu AES-in tərkibində müxtəlif nüvə reaktorları ilə inşa edilib. 2016-cı ildə AES-ın istismar müddəti başa çatacaq.Metzamor AES-i 11 bal gücündə zəlzələ riski olan ərazidə yerləşir. Metzamor AES-nin konstruksiyası Bolqarıstan və Slovakiyada olan AES konstruksiyaları ilə eynidir

Dünya Bankının hesabatına göre, zəlzələ və sunami sonrası Yaponyanın yenidən bərpasına  250 milyar dollara gələ bilər.

Read more

Siyasi əlaqələrin qurulması üçün informasiya texnologiyalarından istifadə-2

Seminar- 20-22 May, 2010, Novxanı/ Azərbaycan

Təşkilatçı: Azadlıq Naminə Fridrix Naumann Fondu (FNF)

İştirakçılar: Liberal gənclər təşkilatlarının nümayəndələri

Keçirildiyi yer: AF Hotel, Novxanı

İşçi dillər: Azərbaycan, İngilis

Tədbirdə Siyasi əlaqələrin qurulmasında blogların rolu barəsində seminarlar keçirildi. Burada Əli Novruzov əvvəlcə Azərbaycanda mövcüd olan rəsmi İnternet statistikaları barəsində danışdı. Sonra blogların yaradılması haqqında ətraflı məlumat verdi. Seminarda 30 nəfər gənc  (“Gənclər Klubu” İB, ALGA ( Azərbaycan Liberal Gənclər Assosasiyası), Yeni Nəsil Hüquqşünaslar Assosasiyası) iştirak etmişdir. Burada iştirak edən hər bir gənc öz blogunu yaratdı. Burada ən yaxşı blogun sahibinə Mark Briqsin “İnformasiya əsri üçün rəqəmli savadlılıq təlimatı” kitabı hədiyyə olunmuşdur.

Dahilərin bilinməyən tərəfləri.

Dahilər haqqında daha ətraflı:

Read more

Dünya Kubokuna kim layiqdir?

Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, “Jül Rime mükafatı” uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi.

Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi. Olimpiya Oyunlarında, demək olar ki, bütün komandalar gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu tam formal xarakter daşımağa başlamışdı. Peşəkarların və həvəskarların bərabər olduqları müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyalarının rəhbərləri daha yüksək yarışda – dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma Olimpiya komandalarına “itələmədilər”. Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədi ilə girişməsin. Olimpiya turnirləri ona, demək olar ki, gəlir gətirmirdi. Dünya çempiontlarının keçirilməsinə rəhbərlik etməklə Beynəlxalq Futbol Federasiyası gəlirin bölüşdürülməsində iştirak edə bilərdi və borca düşməzdi.

Məmməd Əmin Rəsulzadə

  Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.Bir az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk “Şərqi Rus” qəzetində (1903-cü il No20) çap olunmuşdur. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. (“Бакински рабочи” qəzeti, No60, 18 mart, 1923-cü il). M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər, cami 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.

Read more

Follow

Get every new post delivered to your Inbox.